"Qəbələ"lilər bu məşqçini komandanın sükanı arxasında görür…

30 Sentyabr 2022 14:40 Qəbələ 963
"Qəbələ"lilər bu məşqçini komandanın sükanı arxasında görür…

«Qəbələ»nin futbolçuları Rasim Ramaldanovu baş məşqçi postunda görmək istəyir.

Onlardan bir qrupu bununla bağlı fikirlərini klub funksionerləri ilə söhbətdə dilə gətirib.

Komanda üzvləri hazırda Elmar Baxşıyevin əsas köməkçisi olan keçmiş müdafiəçinin sükan arxasına gətirilməsinin daha düzgün qərar olacağını bildiriblər.

Əyalət təmsilçisi Premyer Liqanın ilk 7 həftəsində 4 qələbə, 3 məğlubiyyətlə turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Aktivində 12 xal olan «qırmızı-qaralar»ın qeyri-sabit çıxışının arxasında nizam-intizamsızlıq dayanır. Baxşıyev anarxiyanın qarşısını almağa çətinlik çəkir, «ip» onun əlindən çıxıb.

İstər komanda üzvlərinin meydanda bir-birilərinə nümayiş etdirdikləri sərt münasibətdən, istərsə də aldıqları sarı və qırmızı vərəqələrdən aydın görünür ki, futbolçular baş məşqçini dinləmir, hər sözünü eşitmir.

Əvvəl belə deyildi, ab-hava yaxşı idi. Yaydan bəri aura pisliyə doğru dəyişməyə başlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!