“Qəbələ”də hər şey əla idi, bu hadisə hamının kefini korladı

15 Avqust 2022 23:20 Qəbələ 968
“Qəbələ”də hər şey əla idi, bu  hadisə hamının kefini korladı

“Qəbələ”nin dörd futbolçusu komandanın məşq prosesində iştirak etmir.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının I turunun “Turan Tovuz”la oyununun hazırlıq prosesində zədələnən Rüfət Əhmədovun durumuna aydınlıq gəlib.

Müayinə olunan müdafiəçinin sağ ayağının çarpaz bağlarının qopduğu müəyyənləşib. Əhmədov yaxın günlərdə əməliyyat olunacaq. Arxa xətt oyunçusu təxminən 6 ay meydanlardan kənar qalacaq.

Urfan Abbasov, Gülağa Əsədov və Yaovi Akakpo isə proqram üzrə bərpa prosesini davam etdirirlər.

Digər Xəbərlər
Xəbər Lenti