“Təsəvvür edin, bunlar olmasaydı, klub nə vəziyyətə düşərdi”

3 İyul 2022 21:20 Qəbələ 999
“Təsəvvür edin, bunlar olmasaydı, klub nə vəziyyətə düşərdi”

“Baş sponsorumuz kluba yeni büdcə ayırıb”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş meneceri Nail Kərimov deyib.

İllərdir əyalət klubuna sədaqətlə xidmət edən funksioner “Gilan Holdinq”in öz üzərinə düşən işi gördüyünü bildirib:

“Şirkətin növbəti mövsüm üçün “Qəbələ”yə ayırdığı vasait bizi qane edir. Məbləği açıqlaya bilmərəm, amma onu söyləmək mümkündür ki, bu sarıdan hər şey normaldır.

Əlbəttə, istərdik ki, kluba ayrılan vasait daha çox olsun. Onları da başa düşmək olar.

“Gilan”ın verdiyi pul klubun yaşaması üçün olduqca vacibdir. Təsəvvür edin, baza, stadion, otel olmasaydı, klub nə vəziyyətə düşərdi.

Bunların hamısı “Gilan”ın balansındadır və “Qəbələ” onlardan istədiyi kimi istifadə edir. Mövdud infrastrukturun saxlanılması çətin məsələdir, xeyli pul aparır.

Şadıq ki, “Gilan” həmişə olduğu kimi, bu gün də “Qəbələ”nin fəaliyyəti üçün əlindən gələni edir”.

Digər Xəbərlər
Xəbər Lenti