"Qəbələ"nin oyunları kimlərə həvalə edildi?

2 İyul 2022 21:20 Qəbələ 549
"Qəbələ"nin oyunları kimlərə həvalə edildi?

"Qəbələ"nin Konfrans Liqasının II təsnifat mərhələsində "Fehervar"a (Macarıstan) qarşı keçirəcəyi oyunun hakimləri məlum olub.

Sportinfo.az xəbər verir ki, iyulun 28-də Qəbələ şəhər stadionunda baş tutacaq matçı Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Kristofer Yaeger olacaq. Ona yan xətt hakimləri Robert Staynaxer və Santino Şrayner kömək edəcəklər. Dördüncü hakim funksiyasını Markus Hameter yerinə yetirəcək.

Komandalar arasında Macarıstanda baş tutacaq ilk oyun iyulun 21-də keçiriləcək. Həmin görüşü isveçli referi Kaspar Syoberq idarə edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM