"Daha yaxşı, daha iddialı olacağıq” - FOTOREPORTAJ

17 May 2022 02:20 Qəbələ 600
"Daha yaxşı, daha iddialı olacağıq” - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçirilib.

“Qəbələ” səfərdə “Şamaxı” ilə qarşılaşıb. Turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan Elmar Baxşıyevin yetirmələri oyuna fəal başlayıb.

Qarşılaşmada hesabı Emil Səfərov açıb. O, Şamaxı şəhər stadionundakı matçın 24-cü dəqiqəsində fərqlənib.

Bu qoldan sonra komandamız fərqi artırmaq üçün yaranan imkanlardan yararlana bilməyib. Fasilədən sonra hər iki komanda hücumlar qurub.

Qapılar önündə bir neçə yaddaqalan epizod yaransa da, hesab dəyişməyib. Beləliklə, səfərdə 1:0 hesabı ilə qalib gələn

“Qəbələ” ilk “dördlük”də yerini təmin edib. Bu, “qırmızı-qaralar”a 2022/23 mövsümündə Konfrans Liqasında oynamaq hüququ verib.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev: “Oyunun çətin keçəcəyini bilirdik. Həm süni meydanda oynayırdıq, həm də “Şamaxı” ev oyunlarında çox iddialı olur. Komandamı təbrik edirəm. Futbolçular əlindən gələnin ən yaxşısını etdi və layiqli qələbə qazandıq. Avrokuboklara qatılacağımıza ilk gündən inanırdıq. Futbolçular da bu inamı mövsümün əvvəlindən öz oyunları ilə bizə verirdi. Əlbəttə enişlərimiz də olurdu. Klub olaraq daha yaxşısına inanırdıq. Komandanı təbrik edirəm. Bu kollektiv daha yaxşısına layiqdir. Bu komanda bizim xalları sayanların layiqli cavabını meydançada verdi. İnanıram ki, daha yaxşı, daha iddialı olacağıq”.

“Şamaxı” – “Qəbələ” 0:1

Şamaxı şəhər stadionu, 1500 tamaşaçı

Baş hakim: Elçin Məsiyev

Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov

Dördüncü hakim: Kamal Umudlu

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Seymur Səlimli

Sarı vərəqələr: Merab Qiqauri, 11 (qeyri-idman hərəkəti); Felipe Santos, 11 (qeyri-idman hərəkəti); Elçin Mustafayev, 80 (qeyri-idman hərəkəti) // Kamal Mirzəyev, 11 (hakimin qərarına etiraz); Məqsəd İsayev, 11 (qeyri-idman hərəkəti); Ruan Renato, 11 (qeyri-idman hərəkəti); İsnik Alimi, 14 (qeyri-idman hərəkəti); Fernan Lopes, 45 (qeyri-idman hərəkəti)

Qol: Emil Səfərov, 24

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.

“Şamaxı”

1. Stanislav Namaşko

2. İlkin Qırtımov (k)

(6. Franko Flores, 83)

7. Rəhman Hacıyev

5. Kərim Diniyev

99. Rafael Məhərrəmli

11. Sadio Tounkara

77. Merab Qiqauri

72. Aldair Neto

(13. Pərviz Azadov, 62)

10. Felipe Santos

(29. Amil Yunanov, 78)

9. Natan Oduva

22. Elçin Mustafayev

Ehtiyat oyunçular:

85. Kamal Bayramov

50. Samir Abdullayev

39. Elnur Süleymanov

88. Fuad Bayramov

95. Rəhman Daşdəmirov

Baş məşqçi: Rüstəm Əliyev

“Qəbələ”

94. Nicat Mehbalıyev

11. Asif Məmmədov (k)

(19. Rövlan Muradov, 82)

27. Məqsəd İsayev

34. Urfan Abbasov

23. Rafael Utziq

5. İsnik Alimi

4. Ruan Renato

10. Omar Hani

(14. Ülvi İsgəndərov, 74)

9. Fernan Lopes

(8. Stefan Vukçeviç, 57)

12. Rüfət Əhmədov

77. Emil Səfərov

Ehtiyat oyunçular:

1. Kristof Atanqana

36. Elməddin Sultanov

7. Ehtiram Şahverdiyev

6. Kamal Mirzəyev

24. Patrik Robson

18. Mehrac Baxşalı

20. Rauf Rüstəmli

33. Hüseyn Mürsəlov

Baş məşqçi: Elmar Baxşıyev

Digər Xəbərlər
Xəbər Lenti