Azərbaycandan ayrılan legioner Rumıniya klubuna getdi

22 İyun 2021 17:40 Qəbələ 1 103
Azərbaycandan ayrılan legioner Rumıniya klubuna getdi

Xəbər verdiyimiz kimi, “Qəbələ” daha bir futbolçu ilə yollarını ayırıb.

Müdafiəçi Vinko Medimoreç “qırmızı-qaralar”la vidalaşıb.

Ötən ilin sentyabrından komandaya qoşulan xorvatiyalı 2020/21 mövsümündə 26 oyunda 1 qol vurub. O, Premyer Liqada 23, Azərbaycan kubokunda 3 matça çıxıb və yeganə qoluna çempionat matçında imza atıb.

Medimoreç yay fasiləsində “Qəbələ”dən ayrılan 11-ci futbolçu olub. Ona qədər Merab Qiqauri, Yusif Nəbiyev, Tərlan Əhmədli, Nikolas Raysel, Ceyms Adeniyi, Cavid Hüseynov, Sadiq Quliyev, Ülvi İsgəndərov, Roman Hüseynov və Faiq Hacıyev yola salınıb.

Müqavilədə müddətin 1 il uzadılması bəndi olsa da, klub bundan yararlanmayıb. Çünki imkanı çatmayıb. Belə ki,” qırmızı-qaralar” onun əməkhaqqını əvvəlkinə nisbətən artırmalı idi.

Bundan isə Rumıniya klubu bəhrələnib. “UTA Arad” sərbəst agent statusu alan balkanlı ilə 1 illik müqavilə bağlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti