"Deyir, səhv və düz qərarları bizə söyləyin, işimizi bilək" - FOTOLAR

15 May 2021 14:00 Qəbələ 1 139
"Deyir, səhv və düz qərarları bizə söyləyin, işimizi bilək" - FOTOLAR

Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.

Turun ilk matçı Qəbələdə keçirilib. “Sabah”ı qəbul edən “Qəbələ” mövsümün son ev oyununa çıxıb.

“Qırmızı-qaralar” görüşə ötən tur meydana çıxdığı start “11-liy”i ilə başlayıb. Qəbələ şəhər stadionundakı matçın ilk dəqiqələri qarşılıqlı hücumlarla keçib.

İlk yarıdakı həmlələri daha təhlükəli alınan qonaqlar hesabı açıb. Buraxılan qollardan sonra təşəbbüsə yiyələnən “qırmızı-qaralar” daha çox hücum təşkil edib. Lakin fasiləyədək paytaxt təmsilçisinin müdafiə səddini qırmaq mümkün olmayıb.

İkinci hissəyə də fəal başlayan “Qəbələ” ardıcıl hücumlar qurub. Lakin yenidən bakılılar qol sevinci yaşayıb. Paytaxt təmsilçisi əks-hücumda fərqlənib.

Bu qoldan sonra da ruhdan düşməyən “Qəbələ” üstünlüyünü sonadək davam etdirib. Bu da vurulan qollarda əksini tapıb. Öncə Nikolas Raysel penaltidən fərqi azaldıb.

Az keçməmiş Stefan Vukçeviç bərabərlik qoluna imza atıb – 2:2. Hesabda tarazlıq yaradandan sonra da hücumları davam etdirən “Qəbələ” bir neçə dəfə də qola yaxın olub.

Lakin Ülvi İsgəndərovla Asif Məmmədovun zərbələri hesabın dəyişməsi üçün kifayət etməyib. Qonaqlar da bir neçə əks-hücum zamanı fərqlənmək imkanı qazansa da, müdafiəçilər, bir epizodda isə Tərlan Əhmədli komandamızı qoldan xilas edib.

Beləliklə, “qırmızı-qaralar” ev görüşündə əzmkar heç-heçəyə imza atıb.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev: “Həm bizim, həm də “Sabah”ın avrokubok iddiası qalmasa da, hər iki komanda pozitiv və şən futbol nümayiş etdirdi.

Sevindirici odur ki, komandamız 0:2 hesabı ilə məğlub durumda olduğu vaxtda da oyun nizam-intizamını qorudu və sonadək mübarizə apardı.

Düşünürəm ki, heç-heçə ədalətli nəticə idi. Futbol emosiya oyunudur. Bizim və hakimlərin gördüyü fərqli ola bilər. Həmin epizodda mənə də, hamıya da 11 metrlik cərimə zərbəsi olduğu göründü.

Hakimlik barədə danışmaq istəmirəm. Biz həftəlik tsikl qurur, rəqibə uyğun hazırlıq prosesi aparırıq. Hakimlər Komitəsi də referinin idarəçiliyini analiz etsə, qaydalardan kənar olsa belə bizə səhv və düzgün qərarlar barədə məlumat versə, işimiz rahat alınar.

Ümumilikdə isə bu gün hakim oyunu pozmadı, normal idarə etdi. Arxada qalan 27 turda çox xal itirmişik. Bizim də, hakimlərin də səhvi olub. Bizi düşündürən komandanın oyunudur.

Sevindirici odur ki, komanda meydanda nə istədiyini bilir. Oyuna sonradan daxil olan futbolçular komandaya güc qatdılar. Onların oyundan qopmadığı, fayda verməsi sevindiricidir”.

“Qəbələ” – “Sabah” 2:2

Qəbələ şəhər stadionu, tamaşaçısız

Baş hakim: Elçin Məsiyev

Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov

Dördüncü hakim: Rəşad Əhmədov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Sarı vərəqələr: Yurgen Qoxa, 41 (hakimin qərarına etiraz) // Mario Marina, 44 (qeyri-idman hərəkəti); Coşqun Diniyev, oyundan sonra (hakimin qərarına etiraz); Ramil Şeydayev, oyundan sonra (hakimin qərarına etiraz)

Qollar: Nikolas Raysel, 63 (p.); Stefan Vukçeviç, 65 // Xulio Sezar Rodriqez, 29; Slavik Alxasov, 59

Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 4 dəq.

“Qəbələ”

94. Tərlan Əhmədli

11. Asif Məmmədov (k)

9. Ehtiram Şahverdiyev

99. Ceyms Adeniyi

(70. Ülvi İsgəndərov, 64)

32. Nikolas Raysel

13. Yurgen Qoxa

26. Stefan Vukçeviç

2. Vinko Medimoreç

23. Rafael Utriq

(7. Roman Hüseynov, 74)

10. Rövlan Muradov

(77. Merab Qiqauri, 64)

71. Rüfət Əhmədov

Ehtiyat oyunçular:

1. Anar Nəzirov

5. Rasim Ramaldanov

74. Yusif Nəbiyev

28. Murad Musayev

4. Sadiq Quliyev

6. Kamal Mirzəyev

17. Yaovi Akakpo

55. İdris İnqilablı

88. Gülağa Əsədov

Baş məşqçi: Elmar Baxşıyev

“Sabah”

94. Nicat Mehbalıyev

19. Təmkin Xəlilzadə

4. Bəhlul Mustafazadə (k)

90. Ramil Şeydayev

14. Slavik Alxasov

(7. Coşqun Diniyev, 61)

10. Aleksey İsayev

30. Mario Marina

(6. Şakir Seyidov, 75)

9. Xulio Sezar Rodriqez

3. Zurab Oçiqava

2. Amin Seydiyev

77. Veysəl Rzayev

(33. Camal Cəfərov, 84)

Ehtiyat oyunçular:

1. Saşa Stamenkoviç

31. Rustam Samigullin

15. Ruslan Abışov

17. Məhəmməd Mirzəbəyov

34. Bəxtiyar Həsənalızadə

48. Dmitro Klots

72. Kamran Quliyev

38. Arsen Ağcabəyov

66. Abdulax Xaibulayev

Baş məşqçi: Ramin Quliyev

Digər Xəbərlər
Xəbər Lenti