Azərbaycanın ən yaxşı komandasına daha bir şərik

29 Noyabr 2020 17:20 Qarabağ 566
Azərbaycanın ən yaxşı komandasına daha bir şərik

Klubların UEFA reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, avrokubokların qrup mərhələsinin IV turundan sonra cədvəldə bəzi dəyişikliklər olub.

Çempionlar Liqasında 16, Avropa Liqasında 24 matçdan sonra
Avropanın ən yaxşı 100 komandası sırasında Azərbaycanın yalnız bir təmsilçisi yer alıb. “Qarabağ” 21,000 xalla Avropanın 65-cisi adına şərikdir.

Türkiyədə keçirdiyi ev oyununda “Sivasspor”a 2:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri bu matçadək 65-66-cı yerləri bölüşürdüsə, artıq ağdamlılara daha bir şərik çıxıb. Bu, Niderlandın “Feyenoord” klubudur. Rotterdamlılar “Qarabağ”la “Styaua”ya (Rumıniya) çatıb.

Reytinqə 124,000 xala malik Almaniya “Bavariya”sı başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!