"Mən "Qarabağ"la oyunda əmin idim ki…"

17 Sentyabr 2020 17:10 Qarabağ 510
"Mən "Qarabağ"la oyunda əmin idim ki…"

"Penaltilər seriyası əsəbi keçdi. Hər iki komanda zərbələri dəqiq yerinə yetirəndə vəziyyət daha da gərginləşir, təzyiq artıq.

Amma mən əmin idim ki, Kristoffer Haugen komandamız üçün sonuncu penaltini dəqiq vuracaq. Çünki soyuqqanlı və özünə güvənən oyunçudur".

Sportinfo.az xəbər verir ki, bu fikiləri veteran futbolçu Rekdal Hyetil "Vg.no" saytına açıqlamasında keçmiş komandası "Molde"nin Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı üstələdiyi oyun barədə danışarkən deyib.

52 yaşlı sabiq yarımmüdafiəçi bildirib ki, Azərbaycan çempionu üzərində qələbə "Molde" və Norveç futbolu üçün çox dəyərlidir:

"Bu, koronavirus pandemiyası dövründə maliyyə baxımından xüsusilə vacib idi. İndi "Molde" UEFA-dan müəyyən gəlir götürəcək. Çempionlar Liqasının qrupuna düşsələr, möhtəşəm olacaq".

Əsas vaxtı qolsuz başa çatmış matçın penaltilər seriyasında rəqibinə 5:6 hesabı ilə uduzan "Qarabağ" yoluna Avropa Liqasının pley-off mərhələsində davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı