"Qarabağ" 13 pillə irəli addımladı - Dünya reytinqində

9 Aprel 2024 12:40 Qarabağ 846
"Qarabağ" 13 pillə irəli addımladı - Dünya reytinqində

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Sportinfo.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 506 komandadan ibarət siyahıya Azərbaycanın 3 təmsilçisi düşüb.

13 pillə irəliləyən "Qarabağ" (176,5 xal) 48-ci sırada yer alıb. Bir mövqe irəliləyən "Neftçi" (62 xal) 377-ci, 4 sıra addımlayan "Sabah" (58,75 xal) isə 413-cüdür.

Dünya reytinqinə İngiltərə Premyer Liqasının və Çempionlar Liqasının son qalibi “Mançester Siti” (401 xal) başçılıq edir.

İspaniya təmsilçisi “Real” (332 xal) ikinci, İtaliyanın “İnter” (311 xal) kollektivi üçüncüdür.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!