“Qarabağ”da haqq-hesab: Aktivləri 39 mln. öhdəlikləri 12 mln manat

29 İyun 2020 14:50 Qarabağ 1 020
“Qarabağ”da haqq-hesab: Aktivləri 39 mln. öhdəlikləri 12 mln manat

Azərbaycan Preymer Liqasında ardıcıl 7 mövsümdür çempion olan “Qarabağ” FK (və ya rəsmi adı “Qarabağ Futbol Klubu” MMC) ötənilki xalis mənfəət uğrunu davam etdirə bilməyib.

Sportinfo.az xəbər verir ki, klub 2019-cu ildə 1 milyon 76 min manat zərər edib.

2018-ci ildə isə xalis mənfəət etmişdi və 764 min manatlıq xalis mənfəət etmişdi. 2019-cu il ərzində klubun gəlirləri 21 milyon 205 min manat olmaqla öncəki ildən 40% çox və sponsordan gəlirləri 8 milyon 11 min manat olmaqla öncəki ildən 4 dəfə çox olub.

Gəlirlərdəki bu müsbət artımlarla paralel, klubun xərcləri artmaqla 22 milyon 298 min manat təşkil edib, bu da ötən 2018-ci ilin analoji dövrü ilə müqayisədə 55% artıb.

“Qarabağ”ın aktivləri 39 mln. manat və öhdəlikləri isə 12 mln. manat üzərindədir. Klubun nizamnamə kapitalı 8 615 613 manat təşkil edir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"