
“Qarabağ” həftəiçi Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv V turda Norveçdə yerli “Molde” ilə üz-üzə gəlib.
“Aker” stadionunda təşkil edilən qarşılaşmada hesabı 12-ci dəqiqədə Ağdam təmsilçisi açıb. Juninyo 12-ci dəqiqədə qapıçı ilə təkbətək şansı əldən verməyib.
Lakin Azərbaycan çempionu üstünlüyünü qoruya bilməyib. Kristian Eriksen 82 və 87-ci dəqiqələrdə vurduğu 2 qol sayəsində norveçliləri önə keçirib.
Buna baxmayaraq, “Qarabağ” məğlubiyyətdən qurtulub. 90+5-ci dəqiqədə Bəhlul Mustafazadə görüşdə son nöqtəni qoyub - 2:2.
Müdafiəçinin fərqləndiyi epizodu canlı efirdən izləməsin. Buyurun, indi də həmin qolu fərqli rakursdan izləyin və zövq alın!
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: