“Qarabağ”dan ayrılan forvardı transfer siyahısının ön sıralarında saxlayırlar

02:30 Qarabağ 111
“Qarabağ”dan ayrılan forvardı transfer siyahısının ön sıralarında saxlayırlar

“Luven”in qanalı cinah hücumçusu Emmanuel Addai karyerasını Türkiyədə davam etdirə bilər.

Sportinfo.az “HaberGo”ya istinadən xəbər verir ki, “Konyaspor” 24 yaşlı forvardı transfer siyahısında ön sıralarda saxlayır.

Türkiyə təmsilçisi yeni mövsüm öncəsi hücum xəttini, xüsusilə cinah mövqeyini gücləndirmək istəyir.

Qanalı yay fasiləsində “Qarabağ”dan ayrıldıqdan sonra “Luven”lə üçillik müqavilə imzalayıb.

Belçika klubu keçidi 27 iyulda rəsmən açıqlayıb və anlaşmanın 2029-cu ilin yayına qədər qüvvədə olacağını bildirib.

Addai “Qarabağ”da iki mövsüm ərzində bütün turnirlərdə 88 oyuna çıxıb, 12 qol vurub və altı məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Avqust 18:10 Çək və bizə göndər!