UEFA “Qarabağ”ın “Dinamo” ilə oyunlarını kimlərə tapşırdı?

01:50 Qarabağ 61
UEFA “Qarabağ”ın “Dinamo” ilə oyunlarını kimlərə tapşırdı?

“Qarabağ”ın Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”suna qarşı keçirəcəyi oyunların hakimləri müəyyənləşib.

Sportinfo.az UEFA-ya istinadən xəbər verir ki, avqustun 6-da Polşanın Lublin şəhərində keçiriləcək matçı danimarkalı hakimlər briqadası idarə edəcək.

Baş hakim Morten Kroq, yan xətt hakimləri Şteffen Bramsen və Viktor Skite olacaq.

Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. VAR sisteminə Yakb Kelet nəzarət edəcək. AVAR-da isə Yens Maye olacaq.

Avqustun 13-də Bakıda təşkil olunacaq cavab matçı isə İngiltərədən olan hakimlər briqadasına həvalə edilib.

Görüşün baş hakimi Stüart Attvell olacaq. Ona yan xətt hakimləri Yan Hussin və Nik Qrinhalq kömək edəcəklər. Dördüncü hakim funksiyasını Lyuis Smit yerinə yetirəcək. VAR-da Piter Benks, AVAR-da isə Ceyms Bell olacaq.

Avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.

Komandalar arasında ilk görüş isə Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
31 İyul 18:10 Çək və bizə göndər!
31 İyul 09:40 Bəlkə də…