Qızı ikiqat çempionu zorakılıqda ittiham edir

03:00 Problem 68
Qızı ikiqat çempionu zorakılıqda ittiham edir

İkiqat Olimpiya çempionu Oksana Qrişukun qızı Skayler Qreys Qrişuk anasını fiziki və psixoloji zorakılıqda ittiham edib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə “Instagram” səhifəsində bildirib.

Skayler hadisəni illərdir gizlətdiyini, lakin indi məişət zorakılığı ilə bağlı şikayət ərizəsi təqdim etdiyini deyib.

O qeyd edib ki, bu təcrübə onun üçün çətin olub. Skayler həmçinin bu müddət ərzində ona dəstək olan hər kəsə təşəkkür edib.

Oksana Qrişuk, Yevgeni Platovla birlikdə iki Olimpiya Oyunlarının qalibi olub, dördqat dünya çempionudur və karyerasına 1998-ci ildə son qoyub. O, 30 ildən çoxdur ki, ABŞ-da yaşayır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Avqust 18:10 Çək və bizə göndər!