"Neftçi SOCAR" Tokio mərhələsinin 1/4 finalında - Dünya Qadın Seriyası

03:20 Basketbol 73
"Neftçi SOCAR" Tokio mərhələsinin 1/4 finalında - Dünya Qadın Seriyası

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, komanda ilk oyunda ABŞ millisinə 18:13 hesabı ilə qalib gəlib.

Azərbaycan təmsilçisi sonuncu qrup oyununda isə Niderlandın U-25 komandasını 20:18 hesabı ilə məğlub edib.

"Neftçi SOCAR" qrup lideri kimi vəsiqə qazandığı 1/4 finalda Çinin "Pekin" klubuna rəqib olub.

Təmsilçimizin 1/4 final oyunu Bakı vaxtı ilə səhər saat 07:00-da baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Avqust 18:10 Çək və bizə göndər!