Bakıda "Masters" üzrə Federasiya Kuboku keçiriləcək

2 Avqust 03:50 Digər növlər 281
Bakıda "Masters" üzrə Federasiya Kuboku keçiriləcək

Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək.

Sportinfo.az AzVİF-ə istinadən xəbər verir ki, yaşı 35-dən yuxarı olan həvəskar velosipedçilər qrup ötüşməsində qüvvələrini sınayacaqlar.

35-49 yaş kateqoriyasında olan kişi velosipedçilər 34 km, 50+ yaş kateqoriyasındakı idmançılar isə 25 km məsafəyə yarışacaqlar. 35+ yaş kateqoriyasında olan qadın velosipedçilər isə 17 km məsafəyə yarışacaqlar.

Turnir avqustun 2-də Şıxovdakı Veloparkda təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi