Azərbaycan 28 komanda arasında 13-cü oldu - Dünya çempionatında

2 Avqust 03:30 Digər növlər 314
Azərbaycan 28 komanda arasında 13-cü oldu - Dünya çempionatında

Honkonqda qılıncoynatma üzrə dünya çempionatına yekun vurulub.

Sportinfo.az Azərbaycan Qılıncoynatma Federasiyasına istinadən xəbər verir ki, Anna Başta, Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət milli sablya növü üzrə komanda yarışında 13-cü olub.

İlk görüşdə Kanada yığmasına 45:34 hesabı ilə qalib gələn qadın sablyaçılarımız ən güclü "səkkizliy"ə yüksəlmək uğrunda keçirilən qarşılaşmada dünya çempionu Macarıstan kollektivinə 32:45 hesabı ilə uduzub.

Milli 9-16-cı yerlər uğrunda keçirilən görüşdə Polşa sablyaçılarına 34:45 məğlub olsa da, Honkonq (45:40) və Bolqarıstan (45:36) yığmasına qalib gələrək yekun sıralamada 28 komanda arasında 13-cü sırada qərarlaşıb.

Kişi sablyaçıların komanda yarışında Murad Əkbərov, Saleh Məmmədov, Maqsud Hüseynli və Abbas Hüseynovdan ibarət millimiz 30-cu olub.

İlk görüşdə Küveyt yığmasına 45:39 hesabı ilə qalib gələn qılıncoynadanlarımız ən güclü "16-lığ"a yüksəlmək üçün keçirilən qarşılaşmada Macarıstan sablyaçılarına 27:45 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi