“Qarabağ” Avropa Liqasının II təsnifat mərhələsində Sofiya CSKA-sına iki oyunun nəticəsinə əsasən penaltilər seriyasında məğlub olaraq, mübarizəni Konfrans Liqasında davam etdirməli oldu.
Bakıdakı ilk görüş kimi, Sofiyadakı cavab qarşılaşmasının əsas və əlavə vaxtı da 0:0 hesabı ilə başa çatdı.
Beləliklə, komandalar ümumilikdə 210 dəqiqə ərzində qol vura bilmədilər. Penaltilər seriyasında isə CSKA bütün beş zərbəni dəqiq yerinə yetirdi,
“Qarabağ”ın heyətində Mateus Silvanın zərbəsini qapıçı Fyodor Lapouxov dəf etdi və Bolqarıstan təmsilçisi 5:4 hesablı nəticə ilə növbəti mərhələyə yüksəldi.
“Qarabağ”ın səfər oyununun statistikası açıqlanıb. Buradan görünür ki, Azərbaycan klubu 0:0 hesabı ilə başa çatan matçda üstün tərəf olub.
Bu, həm “çərçivə”yə, həm də ümumilikdə qapı istiqamətinə zərbə sayında öz əksini tapıb. Ağdamlıların 10 dəfə korner yerinə yetirmələri də təmsilçimizin daha çox hücumda olduğundan xəbər verir.
ÇSKA-nın əsas diqqətçəkən üstünlüyü sari vərəqə və cərimə zərbələri sayı olub.
Buna baxmayaraq, penaltilər seriyasında 5:4 hesablı üstünlük sayəsində Bolqarıstan klubu turnirdə mübarizəni davam etdirib.
ÇSKA - “Qarabağ” 1:0
Qollar – 0:0
Zərbələr – 12:15
“Çərçivə”yə zərbələr – 3:5
“Çərçivə”yə düşməyən zərbələr – 6:4
Bloklanan zərbələr – 3:6
Künc zərbələri – 2:10
Oyundankənar vəziyyət – 2:0
Sarı vərəqələr – 7:3
Cərimə zərbələri – 24:13
Nəticəyə baxmayaraq, cavab matçının statistik göstəriciləri “Qarabağ”ın oyuna daha çox nəzarət etdiyini açıq şəkildə göstərir.
Ağdam təmsilçisi topa 62 faiz sahib olub, rəqibin 12 zərbəsinə qarşı 17 zərbə vurub, çərçivəyə düşən zərbələrdə 8:3, künc zərbələrində isə 10:2 üstünlük əldə edib.
Bu rəqəmlər “Qarabağ”ın topa nəzarət, meydanın rəqibə aid hissəsində yerləşmə və hücumların davamlılığı baxımından üstün olduğunu göstərir.
Lakin əsas problem həmin üstünlüyün qol vəziyyətlərinin reallaşdırılmasına çevrilməməsidir.
Komanda cərimə meydançasına qədər kifayət qədər rahat irəliləsə də, son ötürmədə, zərbə seçimində və hücumların yekunlaşdırılmasında lazım olan dəqiqliyi göstərə bilmədi.
SPORTİNFO.AZ

