Türkiyədə keçirilən turnirin ilk günündə 4 medal qazandılar - FOTO

2 Avqust 04:00 Güləş 358
Türkiyədə keçirilən turnirin ilk günündə 4 medal qazandılar - FOTO

Türkiyənin Kocaeli şəhərində güləş üzrə Hasan Gemici və Qazanfer Bilgenin xatirə turnirinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləşdə 57, 70, 86 və 125 kq-da, yunan-Roma güləşində isə 55, 67, 82 və 130 kq-da qaliblər müəyyənləşib.

Ənənəvi turnirin ilk günündə 4 təmsilçimiz fəxri kürsüyə qalxıb. Sərbəst güləşdə Xetaq Karsanov (125 kq) gümüş, Ramik Heybətov (70 kq) isə bürünc medal qazanıb.

Yunan-Roma güləşində isə 130 kq-da yer alan milli üzvləri ilk “3-lük”də yer alıb. Sərxan Məmmədov gümüş, Beka Kandelaki isə bürünc medalı boynundan asıb.

Yarışa sabah yekun vurulacaq.

Medial

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi