Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub
Azərbaycan təmsilçisi "Qarabağ" da mərhələnin cavab matçına çıxıb.
Qurban Qurbanovun komandası Bolqarıstanda SSKA-nın qonağı olub.
Bakıda oynanılan ilk qarşılaşmada komandalar qolsuz heç-heçə edib. Cavab matçında da əsas və əlavə vaxtda hesab açılmayıb. Penaltilər seriyasında isə "Qarabağ" uduzub.
Bu matçdan sonra Qurban Qurbanovun əhval-ruhiyyəsi necə olub?
Klubun İdarə Heyətinin aparıcı üzvü Asif Əsgərovun təyyarədən etdiyi paylaşımından görünür ki, baş məşqçi yorğun və üzgündür.
«Hava gəmisi»ninin pəncəyə yaxın hissəsində tək əyləşmiş təcrübəli mütəxəssis özünə toxtaqlıq verməyə çalışsa da, narahatlığı üzündən oxunub.
Avroliqa ilə vidalaşan Ağdam təmsilçisi mübarizəni Konfrans Liqasının 3-cü təsnifat mərhələsində davam etdirəcək. Rəqib Ukraynadan "Dinamo" (Kiyev) olacaq.
SPORTİNFO.AZ

