“Qarabağ”da belə bir problem var, gizlətmək olmaz!

1 Avqust 23:00 Qarabağ 192
“Qarabağ”da belə bir problem var, gizlətmək olmaz!

CSKA Sofiyada fərqli oyun planı seçmişdi.

3-5-1-1 sistemi ilə daha aşağı və kompakt müdafiə bloku quraraq mərkəzi zonaları bağlamağa, “Qarabağ”ı cinahlara istiqamətləndirməyə və sürətli keçidlərdən istifadə etməyə çalışırdı.

Bolqarıstan mediasının matçdan sonrakı təhlillərində qapıçı Lapouxov əsas qəhrəman kimi göstərildi. O, yalnız penaltilər seriyasında deyil, əlavə vaxtda da “Qarabağ”ın ən azı üç təhlükəli epizodunda qolun qarşısını aldı.

Bununla yanaşı, müdafiənin mərkəzində Jan-Filip Qbamenin, cinahda Anjelo Martinonun, orta sahədə isə Stefano Sensinin oyunu xüsusi qeyd edildi.

CSKA estetik və dominant futbol göstərməsə də, öz planına sadiq qaldı, cərimə meydançası daxilində say üstünlüyünü qorudu və qarşılaşmanı penaltilərə qədər aparmağı bacardı.

“Qarabağ”ın məğlubiyyətinin birinci əsas səbəbi hücumların son mərhələsində effektivliyin aşağı olması idi.

17 zərbə və 8 dəqiq zərbə kifayət qədər ciddi hücum göstəricisidir, lakin bu qədər üstünlük fonunda qolun vurulmaması qərarvermə və son toxunuş keyfiyyətində problemlərin olduğunu göstərir.

Xüsusilə rəqib aşağı blokda müdafiə edərkən, hücumların tempini dəyişmək, cərimə meydançası daxilində üçüncü oyunçunun qaçışlarından istifadə etmək və geriyə çıxarılan ötürmələrin sayını artırmaq lazım idi.

Bəzi epizodlarda “Qarabağ” hücumu həddindən artıq genişləndirir, topu cinaha çatdırdıqdan sonra isə cərimə meydançasında kifayət qədər ünvan tapa bilmirdi.

Bu da yeni gələn legionerlərin hələ də adatpasiya prosesini keçməməsindən xəbər verir.

Sistem həminkidir, dəyişməyib, sadəcə, icraçıların bir-birinə bələd olmaması ümumi komanda oyununun üz cizgilərini dəyişir, qarışdırır, onu tanınmaz edir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Avqust 18:10 Çək və bizə göndər!