“Qarabağ”ın prezidenti Tahir Gözəl Sofiya ÇSKA-sı ilə səfər qarşılaşmasından öncə AnewZ xəbər kanalına açıqlama verib.
Həmin gün stadionda olan kanalın britaniyalı müxbiri Katie Uilson oyunun keçirildiyi meydanın kənarında başqana sual ünvanlayıb.
-“Qarabağ” ötən mövsüm Çempionlar Liqasında rekordlara imza atdı və Avropada böyük iz qoydu. Bu il yenidən avrokuboklara vəsiqə qazanmaq sizin üçün nə ifadə edir?
Tahir bəy komandadakı yeniliklərdən söz açaraq, hazırkı kollektivin keyfiyyət baxımından ötənilkindən daha üstün olduğunu deyib:
“Həqiqətən də ötən mövsüm bizim üçün xüsusi oldu. Əlbəttə, bunu təkrarlamağa ümid edirik.
Bu mövsüm də çox keyfiyyətli futbolçularımız var. Amma ötən ildən xeyli oyunçumuz komandadan ayrıldı və onların yerinə yeni futbolçular gəldi.
Keyfiyyət baxımından düşünürük ki, hətta ötən mövsümdən də güclüyük. Ancaq əsas çətinlik ondadır ki, futbolçuların əksəriyyəti yenidir. Komandanın oyun üslubunu formalaşdırmaq üçün kifayət qədər vaxtımız olmayıb.
Bu, yüksək riskli, amma uğurlu nəticə verə biləcək bir strategiyadır. Komandanı yeniləmək məcburiyyətində qaldıq. Qarşıdakı çağırışları səbirsizliklə gözləyirik. Hər mövsüm yenidir, fərqlidir və öz çətinliklərini gətirir.
Ötən mövsüm əldə etdiyimiz uğurlar bu il də eyni nəticələrin mütləq təkrarlanacağı anlamına gəlmir. Amma məqsədimiz yenə də əlimizdən gələnin ən yaxşısını etməkdir”.
“Qarabağ” Avropa Liqasının 2-ci təsnifat mərhələsində ÇSKA-ya uduzaraaq Konfrans Liqasına yuvarlanıb.
“Köhlən atlar” sözügedən turnirin 3-cü raundunda Kiyev “Dinamo”su ilə qarşılaşacaq.
HƏBİB / SPORTİNFO.AZ

