Millimizin oyunçusunun yeni klubu liderliyə yüksəldi

2 Avqust 02:50 Bizimkilər 509
Millimizin oyunçusunun yeni klubu liderliyə yüksəldi

Macarıstan çempionatında ikinci turun oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin yenicə müqavilə imzaladığı “Kişvarda” səfərdə “Puşkaş Akademi”nin qonağı olub.

Matç qonaqların qələbəsi ilə başa çatıb.

Anatoli Nuriyev bu matçın iştirakçısı olmayıb. Onun adı görüşün protokoluna daxil edilməyib.

Bu qələbə sayəsində “Kişvarda” 4 xalla turnir cədvəlində liderliyə yüksəlib.

“Puşkaş Akademi” - “Kişvarda” 0:2
Qollar:
Akos Esik, 33, Kristian Herc, 61-pen.

Digər Xəbərlər
Xəbər Lenti