“Qarabağ”ın acı gecəsi: Tənqid də var, ümid də

31 İyul 23:00 Qarabağ 169
“Qarabağ”ın acı gecəsi: Tənqid də var, ümid də

Eyni gündə 3 klubumuz avrokuboklarda azarkeşlərini üzdü.

"Zirə" və "Neftçi" dişinə görə hesab olunacaq rəqiblərə iki oyunun cəmindən məğlub olaraq Konfrans Liqasında mübarizəni dayandırdı.

"Qarabağ" isə Avropa Liqasında çıxışını başa vurdu.

Amma "köhlən atlar" Konfrans Liqasında yoluna davam edəcək.

Ağdam klubunun məğlubiyyəti sosial şəbəkələrdə daha çox müzakirə olunur.

Bəli, CSKA-ya məğlubiyyət arzuolunan deyildi.

Hər nə qədər rəqib bərk olsa da "Qarabağ" mərhələni adlamalı idi.

Amma bacarmadı.

Belədə tənqidlərin olması normaldır.

Lakin bir məqamı unutmaq olmaz ki, "Qarabağ" lotereyada uduzan tərəf oldu.

"Zirə" və "Neftçi"dən fərqli olaraq Ağdam klubunun rəqibi çox güclü idi.

Buna rəğmən həm Bakıda 90 dəqiqə, həm də səfərdə 120 dəqiqə Qurban Qurbanovun yetirmələri üstün tərəf idi.

Kifayət qədər qol şansları yaxalasa da dəyərləndirə bilmədi.

Növbəti rəqib Kiyev "Dinamo"sudu.

Hər nə qədər ukraynalılar əvvəlki əzəmətindən uzaq olsa da aşkar favorit onlardı.

Bu isə uzun aradan sonra "Qarabağ"ın liqa mərhələsindən kənarda qalmaq təhlükəsi deməkdir.

Nə qədər acı olsa da, reallıqdır.

Ancaq pozitiv məqam odur ki, "Qarabağ" son oyunda bir daha göstərdi ki, yenilənmə mərhələsindədir.

Yeni transferlər tədricən adaptasiya olur.

Qarşıda daha yaxşı "Qarabağ" görə bilərik. Bəlkə növbəti 3-4 ildə uğurlu çıxış edəcək komanda qurulur.

Bu yolda bu mövsümün qurban verilməsi o qədər qorxulu hesab olunmalı deyil.

Bir növ bir addım geriyə çəkilib, sürətlə uzun məsafə qət etməyə bənzəyir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
31 İyul 18:10 Çək və bizə göndər!
31 İyul 09:40 Bəlkə də…