Azərbaycandan yalnız bir komandanı… - FOTO

1 Aprel 2020 12:02 Qarabağ 613
Azərbaycandan yalnız bir komandanı… -  FOTO

Cari mövsümdə keçirdiyi oyunlarda ən çox qələbə qazanan komandaların siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, həm ümumi, həm ev, həm də səfər matçları üçün tərtib olunan cədvəllərdə qazanılan qələbələrin oyun sayındakı payı yüksək olan 50 klub yer alıb.

Azərbaycan cədvəllərdə yalnız bir komanda ilə təmsil olunub. Bu, Premyer Liqanın lideri “Qarabağ”dır.

Ağdam klubu səfərdə ən çox qalib gələn klublar sırasına düşüb. Qurban Qurbanovun yetirmələri koronavirus üzündən dayandırılan çempionatın 10 səfər görüşündə 7 dəfə qalib gəlib.

Rəqib meydanındakı qələbə faizi 70-ə bərabər olan “Qarabağ” dünya sıralamasında 42-cidir. Ağdam klubu bu mövqeyə şərik olan 8 komandadan biridir.

Ən yaxşı səfər komandası 8 oyununun hamısında qələbə qazanan Misir təmsilçisi “Əl-Əhli”dir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu