“Qarabağ”ın futbolçuları koronavirusa qarşı – FOTOLAR

21 Mart 2020 19:16 Qarabağ 1 277
“Qarabağ”ın futbolçuları koronavirusa qarşı – FOTOLAR

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Mahir Emreli koronavirusa qarşı mübarizə aksiyasına qoşulub.

Sportinfo.az xəbər verir ki, hücumçu sosial şəbəkə hesabından hər kəsi insanların çox olduğu yerlərdən uzaq olmağa çağırıb.

Oyunçu eyni zamanda tualet kağızını 10 dəfə çiləyib və bu yolla dünya futbolçularının etdiyi aksiyanı davam etdirib. M.Emreli digər komanda yoldaşları – Abdullah Zubir, Xayme Romero, Qara Qarayev, Maqaye Qeyeni də bu aksiyaya qoşulmağa dəvət edib.

Öz növbəsində X.Romero da futbolçunun başlatdığı aksiyaya dəstək verib və ispaniyalı futbolçu digər futbolçuları dəvət edib.

Digər Xəbərlər
Xəbər Lenti