"Qarabağ" Niderlandda da yaradıldı - FOTOLAR

3 Mart 2020 12:16 Qarabağ 538
"Qarabağ" Niderlandda da yaradıldı - FOTOLAR

Niderlandın Rotterdam şəhərində “Qarabağ” idman klubunun və Benilüks Azərbaycanlıları Konqresinin (BAK) müştərək ofisinin rəsmi açılışı olub.

Sportinfo.az xəbər verir ki, tədbirdə Azərbaycanın Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov, səfirliyin, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və fəalları iştirak ediblər.

Tədbirdə çıxış edən BAK sədri Elsevər Məmmədov bildirib ki, əsaslı təmirdən sonra ofisdə “Qarabağ” idman klubu, BAK və həftəsonu Azərbaycan məktəbi fəaliyyət göstərəcək. Məqsəd Qarabağ adının və torpağının Azərbaycana məxsus olduğunu bir daha yerli ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Səfir Fikrət Axundov soydaşlarımızı təbrik edərək, Qarabağ adının Avropada bu cür təbliğ olunmasının hər bir azərbaycanlı üçün qürurverici olduğunu bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Aytən Tarverdiyeva Komitə sədri Fuad Muradovun salamını, təbrikini və dövlətimizin hər zaman soydaşlarımıza dəstək olacağı barədə fikrini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Dövlət Komitəsinin adından yeni açılmış ofisə xatirə hədiyyələri təqdim olunub.

Avropa Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov, Niderland və Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva, Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın çıxış edərək BAK-ın hər zaman Avropada Azərbaycanı layiqncə təmsil etdiyini, Qarabağ problemini hər fürsətdə gündəmə gətirməyə çalışdığını, dərnəyin kluba hərtərəfli dəstək göstərməyə hazır olduğunu vurğulayıblar.

Rotterdamda



Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!