"Qarabağ" son dəqiqə qolu ilə məğlubiyyətdən qaçdı

18 Yanvar 2020 19:53 Qarabağ 750
"Qarabağ" son dəqiqə qolu ilə məğlubiyyətdən qaçdı

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu ilk sınağında Rumınyanın yüksək liqasında mübarizə aparan "Akademiya Klinçeni" ilə qarşılaşıb Görüş 2:2 hesabı ilə başa çatıb. Təmsilçimizin qollarını Abdullah Zubir (11-ci dəqiqə) və Cavid Bayramov (90-cı dəqiqə) vurublar. "Akademiya Klinçeni" isə 23 və 87-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, Azərbaycan çempionu toplanış çərçivəsində daha 3 oyun keçirəcək. Komanda yanvarın 22-də Qazaxıstanın "Jetisu", 25-də isə Çexiyanın "Siqma" və Polşanın "Visla Plok" komandaları ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"