"Qarabağ"dan dünyanın məşhur klubuna keçidi rəsmiləşdi

14 Yanvar 2020 00:28 Qarabağ 647
"Qarabağ"dan dünyanın məşhur klubuna keçidi rəsmiləşdi

Cari mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirən Asmir Beqoviçin karyerasını İtaliyada davam etdirəcəyi dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, “Bornmut”un 32 yaşlı qolkiperi gözlənildiyi kimi, “Milan”a keçib.

Bu barədə A Seriyası nəhənginin rəsmi saytı məlumat yayıb. Bosniya və Herseqovina yığmasının qapıçısı İtaliya klubu tərəfindən mövsümün sonunadək icarəyə götürülüb.

Təcrübəli qolkiper sabahdan etibarən yeni komandasının düşərgəsinə qoşulacaq. Yanvarın 16-da isə “Milan” yeni qolkiperinə təqdimat mərasimi və mətbuat konfransı təşkil edəcək.

Asmir Beqoviçin "Bornmut"la müqavilə müddəti gələn ilin yayına qədərdi. Bosniyalı qolkiper cari mövsümün əvvəlindən formasını geyindiyi “Qarabağ”da 15 oyun keçirib və 15 qol buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!