“Milan”a getdi, “Qarabağ“a TƏŞƏKKÜR BORCUnu ödədi

13 Yanvar 2020 09:09 Qarabağ 3 032
“Milan”a getdi, “Qarabağ“a TƏŞƏKKÜR BORCUnu ödədi

Mövsümün ilk yarısını “Qarabağ”da başa vuran Asmir Beqoviçin “Milan”a transferi dəqiqləşib.

Sportinfo.az-ın məlumatına görə, müqavilə ilə “Bornmut“a məxsus kiper Ağdam klubunun nümayəndələri ilə əlaqə saxlayaraq, onlara təşəkkür edib.

Balkanlı “əlcək sahibi“ Azərbaycanda keçirdiyi 4 aya görə qətiyyən peşman olmadığını bildirib. Beqoviç etiraf eləyib ki, “Qarabağ“a gəlişi ilə karyerasında irəliyə doğru mühüm addım atıb və Avroliqa oyunları onun üçün dönüş nöqtəsi olub.

O, “Qarabağ“ı heç vaxt unutmayacağını, komandanın nəticələriylə daim maraqlanacağını söyləyib, verilən dəstəyə görə minnətdarlıq edib.

Bosniyalı qapıçı bu gün tibbi baxışdan uğurla keçəcəyi halda, İtaliya nəhəngi onunla 6 ay+1 illik müqavilə imzalayacaq. “Milan”ın hazırkı qapıçısı Pepe Reynanın “Aston Villa”ya üz tutacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”