COP29

"Qarabağ"dan müqavilə təklifi almağıma çox sevinərəm" - SƏMİMİ ETİRAF

22 May 10:40 Qarabağ 6 826
"Qarabağ"dan müqavilə təklifi almağıma çox sevinərəm" - SƏMİMİ ETİRAF

Abbas Hüseynov 11 aylıq uzun sürən zədədən sonra ötən ilin sonu “Qarabağ”ın düşərgəsinə qayıtsa da yalnız bir matç keçirə bildi.

Bu ili isə onun üçün uğurlu saymaq olar.

O, Premyer Liqanın 2024-cü ilə təsadüf edən 17 turundan 9-da meydanda olmağı bacardı.

Bu qarşılaşmalardan 8-ni Hüseynov əvəzolunmadan keçirdi.

Ağır zədədən qayıtmasına baxmayaraq qısa müddətdə özünün yaxşı tərəfdən göstərən 28 yaşlı müdafiəçi ilə "Qarabağ"ın yeni anlaşma imzalaması barədə mətbuatda iddia da yer aldı.

Təcrübəli futbolçu Sportinfo.az-a açıqlamasında yayılan məlumatları belə şərh edib:

“Bir illik müqaviləm hələ var. Yayılan iddialar barədə mən də eşitmişəm

. Amma hələ belə söhbət olmayıb. Təbii ki, yeni müqavilə təklifi almağıma çox sevinərəm.

Çünki "Qarabağ" mənə doğma komandadır. Başda Qurban Qurbanov olmaqla bu klubu sevirəm. Ailəm kimidir”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!