“Qarabağ” şərtini açıqladı - Qol çək, 2,5 dəfə çox qazan!

18 May 2024 20:00 Qarabağ 2 941
“Qarabağ” şərtini açıqladı - Qol çək, 2,5 dəfə çox qazan!

“Qarabağ” Andrey Lunyova yeni müqavilə təklif edib.

Ötən ilin yayında bura gələn qapıçı ən azı 2027-ci ilin iyununa kimi karyerasını Azərbaycanda davam etdirə bilər.

Ağdam klubu bunun üçün rusiyalı legionerin əməkhaqqısını 2,5 dəfə artırmağa hazırdır.

32 yaşlı Lunyovun "Qarabağ"la 2025-ci ilin yayına kimi müqaviləsi var.

Qolkiper “Match TV”yə açıqlamasında danışıqların davam etdiyini bildirib.

Təcrübəli “əlcək sahibi” meneceri Anton Smirnovla yollarını ayırdığını da açıqlayıb.

O, “Qarabağ” sənə yeni müqavilə təklif edib” sualını belə cavablandırıb:

“Bəli, müzakirə prosesindəyik. Danışıqlar davam edir.

İndi diqqətlər yalnız mövsümün sonunadır. Mövsüm baça çatanda gələcəyimlə bağlı bəzi qərarlar verəcəm”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”