COP29

"Qarabağ" bu hücumçunu geri qaytarmaq üçün 2 variantı gözdən keçirir

18 May 18:00 Qarabağ 1 301
"Qarabağ" bu hücumçunu geri qaytarmaq üçün 2 variantı gözdən keçirir

“Yurqorden”in baş məşqçisi Tomas Laqerlöf növbəti dəfə Musa Qurbanlıya az şans verməsi barədə açıqlama verib.

52 yaşlı mütəxəssis millimizin hücumçusunun bəzi fikirləriylə razılaşmır.

Əvvəl xatırladaq ki, söhbər futbolçunun bu sözlərindən gedir:

“U-21 komandasına göndərilməyimin səbəbi haqda mənə izahat verilməyib. Əlbəttə, bu, onların qərarıdı. Bu barədə danışsalar, yaxşı olardı. Amma heç nə deməmələri də normaldır”.

Baş məşqçi isə vəziyyətin Musaya izah edildiyini deyib:

”Mətbuat konfransında da söylədiyim kimi, bu, rəqabətlə bağlı məsələdi. Oyun üçün heyətə yalnız 20 futbolçu cəlb edə bilərik.

Bizim nəyisə mediadan gizli saxlamaq fikrimiz yoxdur. U-21 də özünü göstərmək üçün şansdı.

Bu komandadakı yaxşı çıxış sizi uğura yaxınlaşdırır. Biz Qurbanlıya belə dedik: istəyirik ki, heyətdə bütün oyunçular oynasın.

Lakin kimisə heyətdən çıxarmalıyıq və belədə rəqabət yaranır. Oyundan-oyuna hər şeyin necə dəyişəcəyi futbolçudan asılıdı.

Məhz hansısa oyunçuya üstünlük vermək düzgün yanaşma deyil. Hər kəs nəticəsiylə mövqeyini gücləndirməlidir”.

Musa yayda “Yurqorden”i tərk edəcək. Klub onun xidmətində maraqlı olanlardan 9-10 milyon İsveç kronu, yəni təxminən 850 min avro tələb edir.

Məbləğ İsveç təmsilçisinin Musa üçün “Qarabağ”a ödədiyi təzminatdan 3-4 milyon kron çoxdur.

Maraq üçün deyək ki, ağdamlılar bu satışdan 500 min avro qazanıb. Amma «köhlən atlılar» onu heç bir ödəmə etmədən geri qaytarmaq istəyir.

Hələlik 1 illik icarə müqaviləsindən söhbət gedir. İsveç klubu buna razılaşmasa, «Qarabağ» sonradan satınalma hüququ ilə icarə variantına baş vuracaq.

Hərçənd Musa Azərbaycana qayıtmağa bir o qədər həvəs göstərmir. Düzünü demək lazımdırsa, bu məsələdə son söz atanın - Qurban Qurbanovundur.

Valideyni nə məsləhət görəcək, gənc hücumçu da bu yolla gedəcək. Bununla belə, Musanın Avropada qalmaq istəyi böyükdür.

Qurbanov da övladının bu niyyətindən xəbərdardır. Odur ki, ata-oğul menecerlər vasitəsilə gələn təklifləri bir-bir incələməyə alıb.

Qitənin təqribən 5-6 ölkəsinin klubundan ona marağın olması bəllidir. Yekun qərar iyun ayına saxlanılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"