"O, “Qarabağ”da təcrübə topladı və öz səviyyəsini sübut etdi"

29 Fevral 2024 14:20 Qarabağ 2 228
"O, “Qarabağ”da təcrübə topladı və öz səviyyəsini sübut etdi"

Rusiya millisinin sabiq qapıçısı Vladimir Qabulov “Qarabağ”ın qolkiperi Andrey Lunyovun çıxışı ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, veteran futbolçu Ağdam klubunun qolkiperinin Rusiya millisinin də bir nömrəsi ola biləcəyini söyləyib:

"Andreyin qapıçı keyfiyyətləri hamıya məlumdur. Lunyov yüksək səviyyəli ustalığa malikdir.

O, səviyyəli qapıçıdır. Andrey nəinki milliyə dəvət edilmək, hətta Rusiya yığmasının əsas qapıçısı olmağa da namizəddir.

“Qarabağ”da təcrübə topladı və öz səviyyəsini sübut edir".

Qabulov “Dinamo”(Moskva), ÇSKA, “Anji”, “Brügge” klublarının, həmçinin Rusiya yığmasının qapısını qoruyub. O, “Alaniya” və “Ximki” klublarında da işləyib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM