COP29

"Qarabağ" buranı təmirə bağladı, "Neftçi"nin keçmiş bazasına sığındı - FOTOLAR

28 Fevral 08:50 Qarabağ 918
"Qarabağ" buranı təmirə bağladı, "Neftçi"nin keçmiş bazasına sığındı -  FOTOLAR

"Sərhədçi" İdman Mərkəzinin futbol meydançası təmirə bağlanıb.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, Sərhədçi stadionun süni ot örtüyü pis vəziyyətə düşdüyündən rəhbərlik köhnəni yenisi ilə əvəzləmək qərarına gəlib.

Bu stadion "Qarabağ"ın aşağı yaş qruplarından ibarət komandalarının ixtiyarına verilib.

Belə ki, Ağdam klubunun müxtəlif yaş qruplarının komandaları həm məşqlərini, həm də oyunlarını məhz Sərhədçi İdman Mərkəzinin stadionunda keçirir.

Martın sonuna qədər meydançanın "Qarabağ"ın aşağı yaş qruplarından ibarət komandalarına təhvil veriləcəyi ehtimal edilir. İndi isə komandalar müvəqqəti olaraq "Neftçi"nin keçmiş bazasında məşqlərini yerinə yetirir.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"