
Sportinfo.az xəbər verir ki, “Sofascore” resursu Avropa Liqasının beşinci turunun rəmzi komandasını müəyyənləşdirib.
Buraya “Molde” ilə səfər matçının 90+5-ci dəqiqəsində qola imza atan “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə də daxil edilib.
Həmçinin, simvolik komandada Kodi Qakpo (“Liverpul”), Pyer-Emerik Obameyanq (“Marsel”), Matey Kovarj (“Bayer”) kimi futbolçular da yer alıb.