Marko Veşoviç: "Hava şəraiti bizə çətinlik yaradacaq"

29 Noyabr 2023 22:30 Qarabağ 734
Marko Veşoviç: "Hava şəraiti bizə çətinlik yaradacaq"

"Qarabağ"ın futbolçusu Marko Veşoviç Avropa Liqasının 5-ci turunun "Molde" ilə oyunundan öncə mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi sabah keçiriləcək görüşlə bağlı danışıb:

"Çətin oyun gözləyir. Rəqib də çətindir. Meydança da sünidir. Hava şəraiti də bizə çətinlik yaradacaq. Amma əlimizdən gələni edəcəyik ki, buradan yaxşı nəticə ilə ayrılaq".

O, sabahkı matçda oynamağa hazır durumda olduğunu da deyib: "Bayer"ə qarşı və Monteneqro millisindəki son iki oyunu yəqin ki, izləməmisiz. Motivasiyam var və hazıram. Sabahkı matçda əlimdən gələni etməyə hazıram".

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!