“Qarabağ” bu böyük zəfəri necə əldə etdi? - MARAQLI VİDEO

22 Sentyabr 14:00 Qarabağ 1 384
“Qarabağ” bu böyük zəfəri necə əldə etdi? -  MARAQLI VİDEO

“Qarabağ” Avropa Liqasının H qrupunun ilk matçında “Molde”ni qəbul etdi.

Görüş komandamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşdı.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, "Qarabağ" oyunboyu Norveç klubunu çarəsiz hala saldı:

"Qarşılaşmadan öncə etdiyim təhlildə "Qarabağ"ın necə oynamalı olduğunu demişdik. Çox şadıq ki, "Qarabağ" bu performans sərgilədi. Ağdamlılar gözlədiyimiz kimi topu rəqibə verib, ilk dəqiqələrdən topsuz oyunda iştirak etmədi.

Hakimin start fitindən sonra meydanın norveçlilərə aid hissəsində tətbiq edilən pressinqlə qonaqların oyun qurmasına imkan verilmədi.

Qısa ötürmələrlə oyunu «Molde»nin cərimə meydançası ətrafında keçirən komandamız itirilən hər topdan sonra onlara boş zona buraxmadı.

Bir sözlə, "Qarabağ" rəqibi topsuz qoyaraq, oyuna nəzarəti tam ələ ala bildi. İkinci zonada Yankoviç və Romao elə sürətli oynadılar ki, oyunu cinahlara yaymaqla yanaşı, geri dönən toplara da sahib olmağı bacardılar.

Belədə mərkəzdə yaranan boşluqlara zamanında düşməklə qol epizodları yaratmağa nail olundu. Yekunda "Molde"ni bütün komponentlərdə qabaqlayan "Qarabağ" 1:0 hesabı ilə qalib gələrək, Avropa Liqasında qrup mərhələsinə 3 xalla başladı".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti