
“Qarabağ” iki gün sonra “Qalatasaray”la oyuna çıxacaq.
Yoxlama görüşü öncəsi düşərgədə az futbolçu qaldığı (əksəriyyəti milli komandalara dəvət alıb) nəzərə alan Qurban Qurbanov bir müddət əvvəl bəzi oyunçular üçün dgər klublara müraciət edə biləcəklərini dilə gətirmişdi.
Maraqlıdır, qarşılaşmaya cəmi 2 gün qalsa da, klub hələ də bu barədə digər klublara sorğu göndərməyib.
Məsələ ilə bağlı saytımıza açıqlama verən ağdamlıların mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bu günü nişan verib:
“Hazırda bununla bağlı dəqiq məlumat yoxdur. Yəqin ki, məsələyə bu gün aydınlıq gələr”.
Yoldaşlıq oyunu martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
Görüşdən əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
XANOĞLAN / SPORTİNFO.AZ