“Kadi bizə heç nə deməyib – “Qarabağ” üçün fəxrdir ki…”

5 Dekabr 2022 16:00 Qarabağ 1 701
“Kadi bizə heç nə deməyib – “Qarabağ” üçün fəxrdir ki…”

“Bizə hələ Polşa Futbol Federasiyasından heç bir məktub daxil olmayıb”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.

Kadi Borges AVRO-2024-ün seçmə mərhələ oyunlarında iştirak edə bilər.

Polyak kökənli braziliyalı yarımmüdafiəçi ilə Polşa Futbol Federasiyasının nümayəndələri arasında gedən danışıqlarda bununla bağlı söhbət keçib.

Azərbaycanda ikinci mövsümünü keçirən vinger tezliklə tarixi vətəninin əsas komandasının formasını geyinməyi arzuladığını bildirib.

Redaksiyamıza daxil olan məlumata görə, Polşa Futbol Federasiyası Kadiylə bağlı artıq FİFA-ya sənəd və sorğu göndərib.

Burada onun milli mənsubiyyəti ilə əlaqəli faktlar göstərilib və Polşa yığmasında oynamasına icazə verilməsi istənilib.

G.Abbaszadəni dinləyək:

“Kadi Polşa yığmasına dəvət alsa, biz buna yalnız sevinə bilərik. “Qarabağ” üçün fəxrdir ki, onun futbolçusu son dünya çempionatında çıxış etmiş bir ölkənin millisinin maraq dairəsindədir.

Kadi yerli federasiya ilə apardığı danışıqlar haqda kluba heç nə deməyib. Biz bu barədə yalnız mətbuatdan xəbərlər oxuyuruq.

Seçim futbolçunun özünündür. O, Polşa yığmasında oynamaq istəyərsə, klub olaraq qərarını dəstəkləyəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti