Qurban Qurbanova mesaj verdi: "Qarabağ"da oynamaq istəyərəm"

28 Noyabr 2022 02:10 Qarabağ 7 209
Qurban Qurbanova mesaj verdi: "Qarabağ"da oynamaq istəyərəm"

Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasında oynamış Sərhat Taşdemir sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, hazırda İngiltərə aşağı liqasında yarışan "Bakston"da oynayan yarımmüdafiəçi Azərbaycanın əsas millisində oynamaq istədiyini bildirib:

"İngiltərədə işlərimin daha yaxşı olmasına çalışıram. Azərbaycan millisində oynamaq istəyərdim.

Təbii ki, bunlar gələcəyin işidir. Necə olacağını zaman göstərəcək".

Taşdemir "Qarabağ"ın formasını geyinmək istədiyini də gizlətməyib:

"Azərbaycanda da oynamaq imkanım yarana bilər. "Qarabağ"ın avrokuboklardakı çıxışını hər zaman izləyirəm. Bu komandada oynamaq istəyərəm".

"Blekbern" yetirməsi olan Serhat "Peterboro", "Oldham", "Barnet", "Fayld" klublarında oynayıb.

O, 2019-cu ildə Azərbaycanın U-19 yığmasında üç matçda meydana çıxmışdı.

Digər Xəbərlər
Xəbər Lenti