"Qarabağ"dan bildirildi - "Loryan"ın sabiq oyunçusunu transfer edirlərmi?

26 Noyabr 2022 14:00 Qarabağ 2 228
"Qarabağ"dan bildirildi - "Loryan"ın sabiq oyunçusunu transfer edirlərmi?

"Baş məşqçimizin daha əvvəlki açıqlamalarında bildirdiyi kimi, müxtəlif mövqelərə futbolçu axtarışlarımız gedir"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.

Qış fasiləsinə az qaldığını nəzərə alsaq, klublarımızın ətrafında transfer xəbərlərinin çoxalması başadüşüləndir.

Xüsusiilə "Qarabağ"la bağlı. Çünki Azərbaycan çempionu Konfrans Liqasında mübarizəni davam etdirir və heyətin güclənməsinə mütləq ehtiyac var.

Ağdamlılarla adı hallanan sonuncu futbolçu Tristan Dodur. Taylandlı müdafiəçinin "köhlən atlar"ın maraqlandığı legionerlər arasında olduğu bildirilir.

Sağ cinah oyunçusunun 29 yaşı var və 2019-cum ildən “Banqok Yunayted”in formasını geyinir. 2015-ci ildən Tayland yığmasına çağırlır və ötən zaman kəsiyində 40 oyuna çıxıb.

Onun karyerasının əsas hissəsi Fransa olə bağlıdır. 2011-2013-cü illərdə “Loryan”a məxsus olub. “SAS Epinal”a icarəyə verilib.

2013-2014-cü illəri “Qazelek Ayacco”da keçirib. Növbəti ildə ölkəsinə dönüb, öncə “Polis Taro”nun, ardınca “Muantonq Yunayted”ın uğurları üçün tər töküb.

Gündüz Abbaszadə yayılan informasiyanın həqiqət olmadığını bildirib:

"Menecerlər tərəfindən "Qarabağ"a təklif olunan futbolçuların sayı çoxdur. Lakin hazırda hər hansı futbolçu ilə bağlı nə şifahi, nə də yazılı razılıq var.

Konkret Tristan Dodan danışası olsaq, yayılan məlumat həqiqətəuyğun deyil. Nəinki bu futbolçu, ümumiyyətlə, heç bir oyunçu ilə razılıq əldə olunmayıb.

Belə bir şey olmadığı halda, ictimaiyyətə açıqlama verməyi düzgün hesab etmirik. Hər hansı futbolçu ilə razılıq əldə olunacağı təqdirdə, klub bunu rəsmi sayt vasitəsilə elan edəcək".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu