"Qarabağ"da 10-a çatdılar

16 Avqust 2022 03:30 Qarabağ 926
"Qarabağ"da 10-a çatdılar

Musa Qurbanlı və Ramil Şeydayev “Qarabağ”ın formasında Premyer Liqada yubiley qollarına imza atıblar.

Sportinfo.az xəbər verir ki, hər iki futbolçu Ağdam təmsilçisinin heyətində 10-a çatıb.

Bu, Misli Premyer Liqasının I turunda gerçəkləşib. “Səbail” üzərində 3:1 hesablı qələbə zamanı hesabı açan Musa 10-cu qolunu 21-ci oyununda vurub.

Dubl müəllifi olan Ramil isə “Qarabağ”dakı 41-ci çempionat görüşündə bunu bacarıb. O, Azərbaycan çempionatında “Qarabağ” forması ilə ən azı 10 qol vuran 40-cı futbolçu olub. “Səbail”lə görüşədək 38 oyunçu bunu bacarmışdı.

Premyer Liqadakı ümumi qol sayında Şeydayev 16-ya, Qurbanlı 12-ə çatıb.

Digər Xəbərlər
Xəbər Lenti