"Qarabağ"ın yeni transferi haqda - Portuqaliya klubunun məşqçisi danışdı

9 Avqust 2022 03:20 Qarabağ 2 215
"Qarabağ"ın yeni transferi haqda - Portuqaliya klubunun məşqçisi  danışdı

"Julio Romaonun çıxışını indi də izləyirəm. Dünən Premyer Liqanın ilk turunda meydana start heyətində çıxdığından da xəbərdaram.

Portuqaliyadan ayrılmamışdan qabaq ona Azərbaycan və “Qarabağ” haqda danışmışdım. Ö

zü də çox istəyirdi bu kluba keçməyi. Onun "Qarabağ"da uğurlu çıxış edəcəyinə inanıram".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Danildo Assioli deyib.

Hazırda "Santa-Klara"da məşqçilər korpusunda yer almış braziliyalı mütəxəssis "Qarabağ"ın yeni transferi barədə danışıb. İki il Portuqaliya klubunda Romaonun məşqçisi olmuş Danildo yarımmüdafiəçi haqda fikirlərini bildirib:

"​Qarabağ" hər bir futbolçunun oynamaq istədiyi komandadı. Romao çox maraqlı xüsusiyyətlərə malik futbolçudu. Əla fiziki göstəricilərə malikdi, yaxşı oyun intizamı var.

"Santa-Klara"da da yaxşı idi, sadəcə zədələndiyinə görə komandadan uzaq qalmışdı. Birəbirdə Romao çox yaxşıdı.

Təvazökar, daim öyrənmək istəyən, iddialı insandı. Ona “Qarabağ”da da uğurlar arzulayıram. "Ferentsvaroş" və dünənki çempionat matçında da meydana çıxıb. Ümidvaram ki, "Qarabağ"da ən yaxşılardan olacaq".

Danildo Assioli Azərbaycanda "İnter" klubunda 2008-2012-ci illərdə oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti