"Qarabağ" Rumıniya klubunu darmadağın etdi - Yenilənib

25 İyun 2022 20:50 Qarabağ 6 342
"Qarabağ" Rumıniya klubunu darmadağın etdi - Yenilənib

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün ilk yoxlama oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, rəqib Rumıniya "Botoşani"si olacaq.

Kössen stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Növbəti oyunlar iyunun 29-da olacaq. "Qarabağ" həmin gün Almaniyanın "Holştayn Kiel" və Rumıniyanın "Universitatya Krayova" klubları ilə üz-üzə gələcək.

"Botoşani" ötən mövsüm Rumıniyanın yüksək liqasını 7-ci pillədə başa vurub və pley-off matçında "Universitatya Krayova"ya uduzaraq, UEFA Konfrans Liqasına vəsiqə qazana bilməyib.

LİNK: https://www.youtube.com/watch?v=ADCdfX5Hozg

25 iyun
19:00. "Qarabağ" - "Botoşani" 4-0

Qollar: Kadi Borges, 11, Marko Veşoviç, 15, İbrahima Vadji, 40, 56
Kössen stadionu

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5 Maksim Medvedev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!