Zubirə Türkiyə və Yunanıstandan yarım milyonluq TƏKLİF GƏLDİ

23 May 2022 22:20 Qarabağ 1 543
Zubirə Türkiyə və Yunanıstandan yarım milyonluq TƏKLİF GƏLDİ

“Qarabağ”ın ən bahalı legioneri olan Abdulla Zubirə yeni təklif gəlib.

2018-ci ildən Ağdam klubunun formasını geyinən fransalı yarımmüdafiəçi Türkiyə və Yunanıstan klublarından dəvət alıb.

Maraqlıdır ki, hər iki ölkənin Super Liqa təmsilçiləri Mərakeş kökənli vingerə 500 min avro ödəməyə hazır olduğunu elan edib.

“Qarabağ”la 2 illik müqaviləsi qüvvədə olan Zubirin burada mövsümlük qazancının 700 min dollar təşkil eləməsini bildirək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti