Qurban Qurbanova bu mükafat veriləcək - Vitse-prezident bildirdi

17 May 2022 17:20 Qarabağ 893
Qurban Qurbanova bu mükafat veriləcək - Vitse-prezident bildirdi

Azərbaycan Milli Olimpi­ya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiy­asının 2022-ci il üçün ədalətli oyun prinsiplərinə sadiq məşqçi mükafatını alacaq şəxsin adına aydınlıq gəlib

Sportinfo.az xəbər verir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu barədə bildirib.

O, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə ev oyununda feyr-pley jesti etdiyini xatırladıb və mükafatın ona veriləcəyini deyib:

"Artıq bunu əminliklə deyə bilərəm. Qurban Qurbanov "Marsel"lə oyunda möhtəşəm feyr-pley jesti etmişdi".

“Qarabağ” – “Marsel” oyununda Ağdam təmsilçisinin vurduğu qol hakim tərəfindən qeydə alınmış, baş məşqçi Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirmiş və qol qərarı ləğv olunmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti