“Qarabağ”ın yolunu gözlədiyi legioner Bakıya gəldi

28 Yanvar 2022 17:40 Qarabağ 1 955
“Qarabağ”ın yolunu gözlədiyi legioner Bakıya gəldi

“Qarabağ” xeyli vaxtdır yolunu gözlədiyi futbolçusuna qovuşub.

Patrik Andrade dünən axşam saatlarında Bakıya gəlib.

28 yaşlı yarımmüdafiəçi bu gün axşamdan kollektiv məşqlərə qoşulacaq.

Andrade Afrika Millət Liqasında iştirak etdiyi üçün “Qarabağ”ın qış toplanışında iştirak edə bilməyib.

Qrup mərhələsinə yanvarın 19-da yekun vurulsa da, Kabo Verde növbəti mərhələyə vəsiqə qazandığından yanvarın 25-nə qədər Afrikada qalmalı olmuşdu.

Həmin gün şərəfini qoruduğu Kabo Verde Seneqala uduzub mübarizə dayandırdı ki, Patrik təcili Azərbaycana dönməli oldu.

Maraq üçün xatırladaq ki, “6 nömrə” fevralın 7-də Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Neftçi”ylə baş tutacaq prinsipial görüşdə meydana çıxa bilməyəcək. Səbəb sarı vərəqə limitini doldurmasıdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti