"Qarabağ" Antalyada Serbiya klubuna uduzdu - VİDEO

21 Yanvar 2022 15:20 Qarabağ 1 375
"Qarabağ" Antalyada Serbiya klubuna uduzdu - VİDEO

Türkiyənin Antalya bölgəsində təlim məşt-toplanışında olan "Qarabağ" növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi ikinci sınağında Serbiyadan "Baçka Topola" ilə qarşılaşıb.

Görüş "köhlən atlar"ın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv günün ikinci yarısında Polşa "Şlyonsk"u ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 19:00-da start götürəcək qarşılaşmada əsasən gənc oyunçulara şans veriləcək.

"Qarabağ" Antalyadakı ilk matçında Rumıniyanın "Qaz Metan" klubu ilə qolsuz heç-heçə edib.

Digər Xəbərlər
Xəbər Lenti